...

FHN Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 17 Yanvar 2012 12:27 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindəki yaşayış binasında dünən baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
FHN Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindəki yaşayış binasında dünən baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən daxili arakəsmələr, mərtəbələrarası örtük və tavanı taxta konstruksiyalardan ibarət beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1300 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 750 kv.m sahədə və 5-ci mərtəbədəki 5 mənzildə tavan ümumilikdə 288 kv.m sahədə yanıb.

Binanın yuxarı mərtəbələrindən 18 nəfər sakin, o cümlədən 6 uşaq və 1 nəfər yataq xəstəsi yanğınsöndürənlər və hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən təxliyə olunub.

Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti