...

Bakıda daş karxanasında baş verən insidentlə bağlı iki nəfər saxlanılıb

Hadisə Materials 17 Yanvar 2012 15:55 (UTC +04:00)
Bakının Qaradağ rayonundakı daş karxanasında baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.
Bakıda daş karxanasında baş verən insidentlə bağlı iki nəfər saxlanılıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonundakı daş karxanasında baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da Qızıldaş qəsəbəsindəki "Şah qaya" daş karxanasının ərazisində orada işləyənlər - Bakı şəhər sakinləri Cəlal Salahov və qardaşı İlahəddin münaqişə zəminində Lökbatan qəsəbə sakinləri Nazim Həsənova bıçaqla xəsarət yetirib, Elməddin Əsədovu isə döyüblər.

Salahov və qardaşı İlahəddin Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Xəbər lenti

Xəbər lenti