...

Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşının digər cinayətlərinin üstü açılıb

Hadisə Materials 18 Yanvar 2012 12:08 (UTC +04:00)
Bakıda ötən il mənzillərdən oğurluq etdiyi üçün həbs olunan Gürcüstan vətəndaşının digər cinayətləri müəyyən edilib.
Bakıda mənzillərdən oğurluq edən Gürcüstan vətəndaşının digər cinayətlərinin üstü açılıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötən il mənzillərdən oğurluq etdiyi üçün həbs olunan Gürcüstan vətəndaşının digər cinayətləri müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvilinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci ilin oktyabr, noyabr və dekabr ayları ərzində Svetlana Əhmədovanın, Qasım Abdulsəmədovun, Esmira Musayevanın, Ahmet Yılmazın, Nicat Məhərrəmovun və Sevda Məmmədovanın evlərindən oğurluq etməsi də Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Bundan əvvəl onun Rasim Abbasovun mənzilindən 150 manat pul və qızıl əşyaları, Əsgər Əsgərovun mənzilindən isə 100 manat pul və 10 000 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Bukukişvili sentyabrın 28-də Səməd bəy Mehmandarov küçəsində Sevda Süleymanovaya məxsus mənzildən qapının kilidini sındırma yolu ilə 500 manat və qızıl-zinət əşyaları, noyabrın 22-də isə Əliağa Şıxlınıski küçəsində yerləşən Məhəmməd Osmanova məxsus mənzildən qapını sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvili yanvarın 6-da Gəncə şəhərində tutulub.

Xəbər lenti

Xəbər lenti