...

Türkiyə tankerində xəsarət alan azərbaycanlı dənizçilər yanvarın 20-də Vətənə dönəcəklər

Hadisə Materials 18 Yanvar 2012 17:55 (UTC +04:00)
Albaniya sularında Türkiyə tankerinin partlaması nəticəsində xəsarət alan üç azərbaycanlı dənizçi - Arif Əmrahov, Səfa İbrahimov və Ramil Məlikov sabah İstanbula gələcək, növbəti gün isə oradan Vətənə dönəcəklər.
Türkiyə tankerində xəsarət alan azərbaycanlı dənizçilər yanvarın 20-də Vətənə dönəcəklər

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Tağıyeva/

Albaniya sularında Türkiyə tankerinin partlaması nəticəsində xəsarət alan üç azərbaycanlı dənizçi - Arif Əmrahov, Səfa İbrahimov və Ramil Məlikov sabah İstanbula gələcək, növbəti gün isə oradan Vətənə dönəcəklər. Bu barədə çərşənbə günü Trend-ə gəminin məxsus olduğu "Saygi Denizcilik ve Elektrik" şirkətindən bildiriblər.

Şirkətdən onu da deyiblər ki, hazırda mərhum kapitan Xəyyam Məmmədovun meyitinin Azərbaycana verilməsi üçün Albaniya tərəfi ilə danışıqlar aparılır.

"Məmmədovun cəsədinin verilməsi üzrə prosedur müəyyən vaxt aparacaq", - şirkətdən qeyd ediblər.

Batmış gəminin ekipajının 15 üzvündən dördü Azərbaycan vətəndaşı, altısı Gürcüstan, üçü Türkiyə və ikisi Ukrayna vətəndaşı olub.

Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Buna qədər tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib və açıq dənizə istiqamət alıb.

"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.

Xəbər lenti

Xəbər lenti