...

Abşeronda qətl hadisəsi olub

Hadisə Materials 19 Yanvar 2012 09:56 (UTC +04:00)
Abşeronda qətl hadisəsi baş verib.
Abşeronda qətl hadisəsi olub

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Abşeronda qətl hadisəsi baş verib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Goradil qəsəbəsi, Yeni yaşayış massivində inşa edilməkdə olan evin həyətindəki yardımçı tikilidə İmanov Bayram Şəfaqət oğlunun meyiti tapılıb.

Onun üzərində çoxsaylı bıçaq xəsarətləri müəyyən olunub.

İmanovun kim tərəfindən və hansı məqsədlə qətlə yetirildiyi məlum deyil.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti