Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 45 yaşlı qadının əri tərəfindən bıçaqlandığı məlum olub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 23-də Binəqədi rayonu ərazisində yaşayan Qəhrəman Həsənov ailə münaqişəsi zəminində arvadı Zabitə Həsənovaya bıçaqla xəsarət yetirib.
Həsənov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.