Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Siyəzəndə xəstəxana yanıb, 4 həkim təxliyə olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyəzən şəhərində xəstəxananın yerləşdiyi ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsindəki 2 otağın yanar konstruksiyaları 36 kv.m sahədə və taxta konstruksiyadan ibarət dam örtüyü 18 kv.m sahədə yanıb.
4 nəfər tibb personalı yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mühasibat otağında olan sənədlər və binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.