...

Sumqayıtda zəlzələ olub

Hadisə Materials 27 Yanvar 2012 09:10 (UTC +04:00)
Bu gün səhər saatlarında Sumqayıtda zəlzələ olub
Sumqayıtda zəlzələ olub

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Sumqayıtda zəlzələ olub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli cümə günü Trend-ə deyib ki, bu gün səhər saatlarında Xəzər dənizinin Sumqayıt şəhərinə yaxın hissəsində 3 bal gücündə zəlzələ olub.

Yetirmişli zəlzələnin 20-25 saniyə davam etdiyini bildirib. O, əhalinin təkanlardan təlaşa düşməsini zəlzələ barədə maarifləndirmə işlərinin zəif olması ilə əlaqələndirib.

Trend-in Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 08:23-də, Xəzər dənizində Sumqayıt şəhərindən 25 km şimalda baş verib. Zəlzələ Sumqayıt şəhərində 3 bal gücündə hiss olunub. Dağıntı və təlafat yoxdur.

Xəbər lenti

Xəbər lenti