Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın Zəncan şəhərində Əbhər şəhərindən olan narkotik qaçaqmalçısı edam olunub. Trend-in məlumatına görə, bu barədə "Fars" xəbər agentliyi Zəncan əyalət prokurorluğuna istinadən xəbər verir.
Məlumata əsasən, həmin şəxs Zəncən şəhər mərkəzi həbsxanasında edam olunub.