...

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 3 Fevral 2012 15:30 (UTC +04:00)
Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var.
Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli beşotaqlı evdə partlayış baş verib.

Yanğın hadisəsi olmayıb. Nəticədə, həmin vaxt evdə olan 4 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri xəsarət almış şəxslərə ilkin yardım göstərdikdən sonra onların xəstəxanaya çatdırılmasını təmin ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Xəbər lenti

Xəbər lenti