Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evində güclü partlayış olub, xəsarət alanlar var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 7-dən 8-ə keçən gecə Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə evin qapı və pəncərələri dağılıb, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanıq xəsarətləri almış E. Şahbazov, bacısı Gülnarə, oğlanları Azər, Almaz, qohumları - Şəfiqə Şahbazova, Rəşadə Şahbazova, habelə qonşuları - Şamo Zamanov və Səadət Həsənova xəstəxanaya yerləşdiriliblər.