...

Azərbaycan sərhədini gizli şəkildə keçmək istəyən 2 nəfər saxlanılıb

Hadisə Materials 9 Fevral 2012 12:06 (UTC +04:00)
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 145 nəfəri saxlayıblar.
Azərbaycan sərhədini gizli şəkildə keçmək istəyən 2 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 145 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Yanvar ayı ərzində 25 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 35 nəfər saxlanılıb.

Sərhəd nəzarət məntəqələrində 19 halda 28 nəfər saxta sənədlə, 2 halda 2 nəfər gizli şəkildə dövlət sərhədini keçmək istəyərkən saxlanılıb.

Sərhəd zastavalarının xidməti ərazilərindən 4 halda 5 nəfərin dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay 6 halda 137 kiloqramdan artıq narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Yanvar ayında sərhədçilər 47 halda ümumi dəyəri 253 minə yaxın qaçaqmal saxlayıblar.

Respublikanın dəniz sərhədlərində dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 7 halda 13 nəfər sərhəd rejim pozucusu saxlanılıb.

Xəbər lenti

Xəbər lenti