...

Bakıda qeyri-rəsmi nikahda yaşayan ər-arvad mənzildən ölü tapılıb

Hadisə Materials 14 Fevral 2012 10:00 (UTC +04:00)
Bakıda qeyri-rəsmi nikahda yaşayan ər-arvad mənzildən ölü tapılıb.
Bakıda qeyri-rəsmi nikahda yaşayan ər-arvad mənzildən ölü tapılıb

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda qeyri-rəsmi nikahda yaşayan ər-arvad mənzildən ölü tapılıb.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən gecə saat 21:00 radələrində A.Rzayev küçəsi, ev 279 ünvanında 31 yaşlı Yumanqulov Rustam Nailyeviç və 53 yaşlı Aydarova Nataliya İvanovnanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri tapılıb.

İlkin ehtimala görə, onlar dəm qazından zəhərləniblər. Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin olunub.

Onların qeyri-rəsmi nikahda yaşadıqları bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti