...

Bakıda BMT-nin əməkdaşının anası qətlə yetirilib

Hadisə Materials 18 Fevral 2012 12:29 (UTC +04:00)
Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anası xüsusi amansızlıqla qətlə yetirilib.
Bakıda BMT-nin əməkdaşının anası qətlə yetirilib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anası xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə Trend-ə Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.

İlkin ehtimala görə, qətl qarət məqsədilə törədilib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi 2008-ci ildə fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti