Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/
Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında eskalatorlardan birində yaranan texniki problemə görə sərnişinlərin çıxışı çətinləşib. Trend-in əməkdaşının məlumatına görə, pik saatlarında sərnişinlər metronu tərk etmək üçün ən azı 10-15 dəqiqə ləngiməli olub.
Metropoliten əməkdaşı cümə günü Trend-ə bildirib ki, texniki problem eskalatorun çıxış üçün istifadə olunan ikinci zolağında baş verib.
Eskalator dünən günün ikinci yarısından işləmir. Məlumata görə, bu gün eskalatorun işə salınması gözlənilir.