...

Azərbaycanda bədbəxt hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb

Hadisə Materials 28 Fevral 2012 12:25 (UTC +04:00)
Azərbaycanda bədbəxt hadisə nəticəsində 4 nəfər ölüb, onlardan biri uşaqdır.
Azərbaycanda bədbəxt hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb

Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bədbəxt hadisə nəticəsində 4 nəfər ölüb, onlardan biri uşaqdır.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 27-də Bakıda "Qurd Dərəsi" adlandırılan ərazidəki evlərdən birində yaşayan 1 yaşlı Cavad İsmayılzadə boğazında badam ləpəsi qalması nəticəsində ölüb.

Daşkəsən rayonunun Dəstəfur kəndi ərazisindəki meşə zolağında rayon sakini Füzuli Əsgərov ağac kəsərkən, ağacın onun üstünə düşməsi nəticəsində ölüb.

Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisində qəsəbə sakini Sərxan Məmmədov isə kanalizasiya quyusuna yıxılaraq dünyasını dəyişib.

Goranboy rayonu ərazisindəki Mingəçevir gölündə Mingəçevir şəhər sakini Zaur Musayev balıq tutarkən qayığın aşması nəticəsində suda boğulub.

Xəbər lenti

Xəbər lenti