Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/
Balakəndə qadağan olunmuş dini təriqətin üzvündən qanunsuz dini ədəbiyyat götürülüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də qanunla qadağan olunmuş dini təriqətlərdən birinin üzvü Qazma kənd sakini Elman Eminovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 11 ədəd broşüra aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Balakəndə qanunsuz dini ədəbiyyat aşkarlanıb
Balakəndə qadağan olunmuş dini təriqətin üzvündən qanunsuz dini ədəbiyyat götürülüb.