...

Abşeronda 18 yaşlı oğul anasını qətlə yetirib

Hadisə Materials 5 Mart 2012 10:48 (UTC +04:00)
Abşeron rayonu ərazisində 18 yaşlı oğul anasını qətlə yetirib.
Abşeronda 18 yaşlı oğul anasını qətlə yetirib

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Abşeron rayonu ərazisində 18 yaşlı oğul anasını qətlə yetirib.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumat görə, Müşviqabad qəsəbəsində, Quşçuluq massivi, ev 108 ünvanında yaşayan 18 yaşlı Elmir İbrahimov ailə-məişət münaqişəsi zəminində anası 50 yaşlı Aygün Aydın qızı İbrahimovaya və tanışı 20 yaşlı Nizami Cəbrayıl oğlu Abdullayevə bir neçə bıçaq xəsarəti yetirib.

Hər iki yaralı təcili tibbi yardım maşını ilə 1 saylı xəstəxanaya gətirilib. Ana yolda aldığı xəsarətdən dünyasını dəyişib.

İbrahimov saxlanılıb. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Faktla əlaqədar Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb, itsintaq aparılır.

Xəbər lenti

Xəbər lenti