...

Abşeronda dayə 1 yaşlı uşağı öldürüb

Hadisə Materials 5 Mart 2012 13:02 (UTC +04:00)
Abşeronda 1 yaşlı uşağa ölümcül xəsarət yetirən dayə tutulub.
Abşeronda dayə 1 yaşlı uşağı öldürüb

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

Abşeronda 1 yaşlı uşağa ölümcül xəsarət yetirən dayə tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini Ziyafət Məmmədova fevralın 29-da 1 yaşlı Elmir Mehdiyevə ölümü ilə nəticələnən xəsarətlər yetirib hadisə yerindən qaçıb.

Abşeron rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində kirayədə yaşayan dayəsi Məmmədova tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti