...

Azərbaycanda avtomobili qaçırmağa cəhd edən şəxs qəzaya uğrayaraq ölüb

Hadisə Materials 11 Mart 2012 13:29 (UTC +04:00)
Azərbaycanda avtomobili qaçırmağa cəhd edən şəxs qəzaya uğrayaraq ölüb.
Azərbaycanda avtomobili qaçırmağa cəhd edən şəxs qəzaya uğrayaraq ölüb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda avtomobili qaçırmağa cəhd edən şəxs qəzaya uğrayaraq ölüb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Qaraçay kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili 1974-cü il təvəllüdlü Əzizov Rauf Sabir oğlu tərəfindən qaçırılarkən idarəeməni itirərək ağaca çırpılıb.

Əzizovun sıxılmış meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti