...

Azərbaycanda zəlzələ baş verib

Hadisə Materials 11 Mart 2012 14:24 (UTC +04:00)
Azərbaycanda zəlzələ qeydə alınıb.
Azərbaycanda zəlzələ baş verib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda zəlzələ qeydə alınıb.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, martın 11-də saat 12:41-də Zaqatala şəhərindən 6 km cənubda zəlzələ qeydə alınıb.

Episentrdəki maqnituda 4,3 olub. Zaqatalada - 4,0, Qaxda - 3,0, Balakən və Şəkidə - 2,5 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı olmayıb.

Xəbər lenti

Xəbər lenti