...

Bakıda 4 piyadanı vuran avtomobil və sürücü axtarılır

Hadisə Materials 13 Mart 2012 12:23 (UTC +04:00)
Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Bakıda 4 piyadanı vuran avtomobil və sürücü axtarılır

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda bir avtomobil 4 piyadanı vurub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 12-də saat 03.30 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakinləri Zamiq Səfərov, Elbrus Cəfərov, Allahverdi Piriyev və Əfqan Məmmədov vurulub.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti