...

İranın Urmiya şəhərində partlayış baş verib, üç nəfər yaralanıb

Hadisə Materials 13 Mart 2012 15:35 (UTC +04:00)
İranın Urmiya şəhərində bayram üçün müxtəlif fişənglər və partlayıcı oyuncaqlar daşıyan minik maşınında partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat verir
İranın Urmiya şəhərində partlayış baş verib, üç nəfər yaralanıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir T.Cəfərov/

İranın Urmiya şəhərində bayram üçün müxtəlif fişənglər və partlayıcı oyuncaqlar daşıyan minik maşınında partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə IRNA xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, partlayıcı oyuncaqlar daşıyan avtomobilin partlaması zamanı sürücü və yanında əyləşən sərnişin ağır yanıq xəsarətləri alıblar.

Həmçinin, partlayış yoldan keçən daha bir nəfərin yaralanmasına səbəb olub. Partlayış Urmiya şəhərinin İslamabad məhəlləsində bir neçə mağaza, ev və yolun kənarında dayanmış avtomobillərin şüşələrinin sınmasına səbəb olub.

IRNA-nın məlumatına görə, ölkənin Simnan şəhərində də bir evin zirzəmisində yerləşdirilən partlayıcı oyuncaqlar partlayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti