Azərbaycan, Bakı, 15 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 26 yaşlı gənc qətlə yetirilib.
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gecə Atatürk prospekti, 39 ünvanında Bağır İbrahimov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Bağırov xəstəxanaya aparılsa da , çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib.
Onun kim tərəfindən qətlə yetirildiyi və qətlin təfərrüatları barədə məlumatlar dəqiqləşdirilir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb.