...

Üsyançılar Suriya Hərbi Hava Qüvvələrinin generalını öldürüb

Hadisə Materials 28 Mart 2012 20:07 (UTC +04:00)
Bir qrup üsyançı çərşənbə günü Suriyanın Hələb şəhəri yaxınlığında ölkənin Hərbi Hava Qüvvələrinin generalını güllələyib.
Üsyançılar Suriya Hərbi Hava Qüvvələrinin generalını öldürüb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Bir qrup üsyançı çərşənbə günü Suriyanın Hələb şəhəri yaxınlığında ölkənin Hərbi Hava Qüvvələrinin generalını güllələyib. Bu barədə Trend Suriyanın SANA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, briqada generalı Xleyf əl-Abdullah Hələb ətrafında yerləşən əl-Həmədaniyyə yaşayış məntəqəsindəki məscidin yaxınlığında öldürülüb. Dörd nəfərdən ibarət üsyançı yüksəkrütbəli zabiti güllələdikdən sonra avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məlumata əsasən, ölən general evli olub, iki oğlu, bir qızı var.

Xəbər lenti

Xəbər lenti