Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:08-də yayılıb)
Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Tağıyeva/
İraqda İran səfirliyi yaxınlığındakı Hadra adlanan ərazidə partlayış baş verib. Bu barədə Trend cümə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Partlayış Ərəb Dövlətləri Liqasının sammitinin keçirildiyi binanın yaxınlığında baş verib.
Həlak olanlar barədə məlumat verilmir.
ƏDL sammiti cümə axşamı Bağdadda başlayıb. ƏDL-in Suriyadakı daxili böhranın nizamlanmasına cəlb edildiyi nəzərə alınarsa, sammitdə Suriya böhranı məsələsinin nisbətən kəskin qoyulacağı gözlənilir.
Bundan əvvəl İraq hakimiyyəti sammitin keçiriləcəyi vaxtda Bağdadda təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bəyan etmişdi.