Azərbaycan, Bakı, 31 mart / Trend müxbir T. Cəfərov/
Ötən gecə İranın Mazandaran əyalətinin Noşəhr şəhərinin yaxınlığında yerləşən bağların birində gecə şənliyində 30 nəfər həbs olunub.
Həbs olunan şəxslərdən ikisi İsveçrə vətəndaşıdır. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Məlumata əsasən, 17 oğlan və 13 qız "Facebook" sosial şəbəkəsində gecə şənlyinin təşkil edilməsi barədə razılığa gəliblər. Həbs olunan şəxslərdən külli miqdarda spirtli içki, narkotik maddələr müsadirə olunub. Həbs edilmiş gənclərin əksəriyyəti varlı ailələrdən olublar.
Onların 22 bahalı minik avtomobili müsadirə olunub.
Gecə şənliyinin keçirildiyi villa xarici avtomobillər idxal edən tacirlərdən birinə məxsusdur. Həbs olunan şəxslər barəsində cinayət işi açılıb.