Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir M.Əliyev/
Xəzər dənizində ötən gün axşam saatlarında zəlzələ baş verib.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 21:40-da Xəzər dənizində, Qaladan 15 km cənubi-şərqdə qeyd olunub. Zəlzələ 3,5 maqnitudada, 60 km dərinlikdə qeydə alınıb. Yeraltı təkan hiss olunmayıb.