...

Bakıda Hunday Tucson avtomobili yanıb

Hadisə Materials 1 Aprel 2012 15:11 (UTC +04:00)
Bakının Suraxanı rayonunda "Hunday Tucson" markalı minik avtomobili yanıb.
Bakıda Hunday Tucson avtomobili yanıb

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir M.Əliyev/

Bakının Suraxanı rayonunda "Hunday Tucson" markalı minik avtomobili yanıb.

Trend-in məlumatına görə, bu barədə bazar günü Fövqəladə Hallar Nazirliyindən bildirilir.

Məlumata görə, yanğın zamanı sürücü əl və üz nahiyəsindən yanıq xəsarəti alaraq təcili yardım tərəfindən Yanıq Mərkəzinə aparılıb.

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti