...

Bakının mərkəzi prospektində ağır yol qəzası olub

Hadisə Materials 10 Aprel 2012 09:24 (UTC +04:00)
Çərşənbə axşamı səhər Bakıda Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
Bakının mərkəzi prospektində ağır yol qəzası olub

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Çərşənbə axşamı səhər Bakıda Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Şahidlərin Trend-ə bildirdiklərinə görə, güclü zərbə nəticəsində "Hyundai Sonata" markalı avtomobilin üst hissəsi dağılıb.

Hadisə səbəbindən prospektdə böyük tıxac yaranıb.

Qəza baş verən yerə yol polisi və təcili yardım əməkdaşları gəlib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti