...

Azərbaycanda dünən yol qəzalarında 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb

Hadisə Materials 10 Aprel 2012 09:18 (UTC +04:00)
Azərbaycanda dünən yol qəzalarında 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb.
Azərbaycanda dünən yol qəzalarında 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən yol qəzalarında 7 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 9-da respublikanın avtomobil yollarında 24 yol qəzası qeydə alınıb. Qəzaların 10-u Bakıda (13 xəsarət) Bakıda baş verib.

Ölümlə nəticələnən ağır yol qəzaları Hacıqabulda və Xızıda qeydə alınıb.

Hacıqabulda "Kamaz"la motosiklet toqquşub və iki nəfər həlak olub. Xızıda isə "Niva" aşıb və iki nəfər dünyasını dəyişib.

Bakının Xətai rayonunda, Aşıq Ələsgər küçəsində "VAZ 2107" ilə "Nissan" toqquşub və iki nəfər xəsarət alıb. Suraxanıda, aeroport şossesində "VAZ 2108" ilə motosiklet toqquşub, iki nəfər yaralanıb.

Binəqədi rayonunda "VAZ 2107" ilə sərnişin avtobusu toqquşub, 2 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti