...

Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Hadisə Materials 12 Aprel 2012 09:37 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi, 50 ünvanında "VAZ 2107" markalı naməlum avtomobil yolu keçən piyadanı vurub.
Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi, 50 ünvanında "VAZ 2107" markalı naməlum avtomobil yolu keçən piyadanı vurub.

Piyada, 41 yaşlı Mirşah Əzimli yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.

Qəzanı törədən sürücü və avtomobil axtarılır.

Xəbər lenti

Xəbər lenti