...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Sumqayıtdakı qətllə bağlı məlumat yayıb

Hadisə Materials 13 Aprel 2012 17:02 (UTC +04:00)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Sumqayıtdakı qətllə bağlı rəsmi məlumat yayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Sumqayıtdakı qətllə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Sumqayıtdakı qətllə bağlı rəsmi məlumat yayıb.

Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də Sumqayıt şəhər sakini İlham Cabbarovun yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, aprelin 10-da saat 20:00 radələrində tüfeyli həyat tərzi keçirən İlham Cabbarov yaşadığı mənzildə tanışı Nizami Quliyevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zəminində sonuncu tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülüb.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Quliyev tutularaq istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti