...

Şamaxı rayonunda magistral qaz kəmərində partlayış baş verib

Hadisə Materials 14 Aprel 2012 01:17 (UTC +04:00)
Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərində cümə axşamı axşam saatlarında güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.
Şamaxı rayonunda magistral qaz kəmərində partlayış baş verib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbirlər R.Daraxşan, K.Zərbalıyeva/

Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərində cümə axşamı axşam saatlarında güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon idarəsindən Trend-ə bildirilib ki, hadisə nəticəsində insan tələfatı yoxdur.

Yanğınsöndürənlərin gördüyü tədbirlər nəticəsində alov xeyli zəiflədilib. Hazırda Xidmətin əməkdaşları yanğınsöndürmə üzrə əməliyyatı davam etdirirlər.

Partlayışın səbəbləri hələ bilinmir.

Şamaxı rayon polis idarəsindən Trend-ə bilidirilib ki, partlayış qaz xəttinin Şamaxı şəhərindən Qızmeydan kəndinə aparan hissəsində baş verib. Hazırda qaz xəttinin vasitəsilə qazın verilməsi dayandırılıb.

Mozdok-Qazıməmməd magistral qaz kəməri 1983-cü ildə çəkilmişdir. Onun vasitəsilə təbii qaz Azərbaycandan Rusiyaya ötürülür.

Xəbər lenti

Xəbər lenti