...

Gürcüstanda mikroavtobus 10 yaşlı azərbaycanlı oğlanı vurub

Hadisə Materials 26 Aprel 2012 13:15 (UTC +04:00)
10 yaşlı azərbaycanlı oğlan bu gecə ağır vəziyyətdə İaşvili adına Tbilisi klinikasına çatdırılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Elmir Həsənovu "Ford-tranzit" markalı mikroavtobus vurub.
Gürcüstanda mikroavtobus 10 yaşlı azərbaycanlı oğlanı vurub

Gürcüstan, Tbilisi, 26 aprel / Trend, müxbir N.Kirsxaliya /

10 yaşlı azərbaycanlı oğlan bu gecə ağır vəziyyətdə İaşvili adına Tbilisi klinikasına çatdırılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Elmir Həsənovu "Ford-tranzit" markalı mikroavtobus vurub.

Mikroavtobusun sürücüsü özü uşağı Marneuli xəstəxanasına gətirib. Lakin yaralı oradan Tbilisiyə göndərilib. Uşaq komadadır və süni tənəffüs aparatına qoşulub.

Həkimlər müsbət proqnozlar vermirlər və pasiyentin vəziyyətinin kritik olduğunu bildirirlər.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb mikroavtobusun yüksək sürətlə hərəkət etməsi olub. Bundan əlavə, zərərçəkən özü də yolu təyin olmayan yerdən keçib.

Xəbər lenti

Xəbər lenti