Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 10 nəfər kimyəvi maddədən zəhərlənib.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 25-də Sumqayıt şəhəri Poladkonstruksiya Quraşdırma ASC-nin ərazisində, Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərlənmişlər.
Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölmüş, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Azərbaycanda kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib, ölən və xəsarət alanlar var
Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölmüş, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar
