...

Göygöldə fəhlə quyuya düşüb

Hadisə Materials 28 Aprel 2012 13:30 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göygöl şəhərində "Azərsu" ASC tərəfindən təmir-tikinti işləri aparılan zaman fəhlə işləyən 1 nəfər dərinliyi təxminən 5 metr olan quyuya düşüb.
Göygöldə fəhlə quyuya düşüb

Azərbaycan, Bakı, 28 aprel / Trend müxbir K.Zərbalıyeva/

Göygöldə fəhlə quyuya düşüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göygöl şəhərində "Azərsu" ASC tərəfindən təmir-tikinti işləri aparılan zaman fəhlə işləyən 1 nəfər dərinliyi təxminən 5 metr olan quyuya düşüb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti