...

Azərbaycanda bir günün "yol faciəsi": 5 ölü, 24 yaralı

Hadisə Materials 3 May 2012 09:37 (UTC +04:00)
Azərbaycanda dünən qeydə alınan 15 yol qəzasında 5 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Azərbaycanda bir günün "yol faciəsi": 5 ölü, 24 yaralı

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən qeydə alınan 15 yol qəzasında 5 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı-Qazax yolunun 51-ci kilometrliyində, Bakının Qaradağ rayonu ərazisində "Mercedes" aşıb. Qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bakı-Qazax yolunun 476-cı kilometrliyində, Qazax rayonu ərazisində "Ford"la "Mercedes" toqquşub. Nəticədə 1 nəfər dünyasını dəyişib, 1 nəfər yaralanıb.

Bakı-Qazax yolunun 413-cü kilometrliyində, Tovuz rayonu ərazisində "Mercedes"lə "VAZ 2106" toqquşub, 1 nəfər xəsarət alıb.

Bakının Suraxanı rayonunda, Ramana yolunda "Hunday" və "VAZ 2107" toqquşub. Qəzada 3 nəfər xəsarət alıb.

Gəncənin Kəpəz rayonu ərazisində "VAZ 21011" aşıb. Qəzada 2 nəfər xəsarət alıb.

Bütün faktlarla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti