...

İran-İraq sərhədində baş verən güclü zəlzələ dağıntılara səbəb olub

Hadisə Materials 3 May 2012 17:10 (UTC +04:00)
Bu gün İran-İraq sərhədində yerləşən İlam əyalətinin Mormori və Abadanan şəhərlərində 5,5 bal gücündə zəlzələ baş verib.
İran-İraq sərhədində baş verən güclü zəlzələ dağıntılara səbəb olub

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Cəfərov/

Bu gün İran-İraq sərhədində yerləşən İlam əyalətinin Mormori və Abadanan şəhərlərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 14:39-da baş verdiyini bildirib.

Zəlzələ nəticəsində Abadananda 5 ev dağılıb, Mormori şəhərində isə bir çox ev və dükanların şüşələri sınıb. Bu barədə "Mehr" agentliyi xəbər verir.

Həmçinin, Mormori şəhərində elektrik və rabitə xətləri sıradan çıxıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Mormori və Abadananda, eləcə də qonşu şəhərlərdə bütün xilacedici qüvvələr hazırlıq vəziyyətinə gətirilib.

Xəbər lenti

Xəbər lenti