Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/
Ağdaşda 79 yaşlı rayon sakini su kanalına düşüb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonu, Xosrov kəndi ərazisində 1933-cü il təvəllüdlü İsmayıl Bağı oğlu İsmayılov Şirvan kollektoruna düşüb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.