...

Azərbaycanda istirahət günlərində yol qəzalarında 14 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Hadisə Materials 21 May 2012 09:32 (UTC +04:00)
Azərbaycanda istirahət günlərində 35 yol qəzası qeydə alınıb.
Azərbaycanda istirahət günlərində yol qəzalarında 14 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 21 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda istirahət günlərində 37 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 19 və 20-də qeydə alınan yol qəzalarında 14 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

Ağır yol qəzaları Şəmkirdə (6 ölüm) və Tərtərdə (3 ölüm) qeydə alınıb.

Mayın 20-də Bakının Sabunçu rayonunda, Pirşağı yolunda QAZ 31 ilə VAZ 2106 toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəzər rayonunda, Buzovna-Maştağa yolunda isə VAZ 2106 ilə "Mercedes" toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət ailıb.

Xəbər lenti

Xəbər lenti