...

İranda 14 narkotik qaçaqmalçısı edam olunub

Hadisə Materials 21 May 2012 16:52 (UTC +04:00)
Bu gün səhər İranda 14 nəfər edam olunub. Bu barədə Trend İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.
İranda 14 narkotik qaçaqmalçısı edam olunub

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranda 14 nəfər edam olunub. Bu barədə Trend İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər narkotik maddələrin alqı-satqısında ittiham olunublar. Agentlik edam olunanların hansı ölkənin vətəndaşı olduqlarını və harada edam olunduqlarını açıqlamayıb. Lakin İranın bəzi xəbər saytlarının məlumatına görə, edam olunanlardan bir neçəsi Əfqanıstan vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti