Azərbaycan, Bakı, 24 may / Trend müxbir T.Cəfərov/
İranın Şiraz şəhərində Bahunər bulvarında yerləşən CNG yanacaq doldurma məntəqəsində partlayış baş verib, 10 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.
Məlumata əsasən, hadisəyə səbəb yanacaq doldurmaq üçün gəlmiş avtomobillərin yancaq çənində baş verən nasazlıq olub.
Hadisə nəticəsində yaralananlardan üçünün vəziyyəti ağırdır.