...

Şəkidə 3 bal gücündə zəlzələ olub

Hadisə Materials 24 May 2012 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Şəkidə 3 bal gücündə zəlzələ olub. Bu barədə Trend cümə axşamı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 24 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 16:48-də Şəki rayonunun inzibati mərkəzindən 14 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Episentrdə zəlzələ 3,0 bal olub. Şəkidə və episentrə yaxın yaşayış məntəqələrində zəlzələ 2,0 bal hiss olunub.

İlkin məlumata əsasən, insan tələfatı olmayıb.

Xəbər lenti

Xəbər lenti