Azərbaycan, Bakı, 26 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yanğın olub, bir nəfər ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumat görə, mayın 25-də saat 12.40 radələrində Bakının Nizami rayonu ərazisində yaşayan Rauf Məmmədova məxsus evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin qohumu, 1919-cu il təvəllüdlü Elizaveta Qreşovanın tüstüdən boğulmuş meyiti tapılıb.
Fövqəladə hHllar Nazirliyindən isə bildirilib ki, hadisə zamanı tüstüdən zəhərlənən 1 nəfərə (qonşu) Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.