Azərbaycan, Bakı, 27 may /Trend/
Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Trend-in bazar günü FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu, Bakı-Astara avtomobil yolunun 147-ci kilometrliyində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü 1977-ci il təvəllüdlü Azad Qulamverdi oğlu Bəhmənov və sərnişin 1976-ci il təvəllədlü Ramil Özbəy oğlu Kərimov aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Hadisə yerinə cəlb edilmiş müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri müxtəlif alət və avadanlıqlar vasitəsi ilə avtomobildən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Digər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xilsedicilər hadisə yerinə çatana kimi təcili yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışdır.