...

Cəlilabadda qonaq ev sahibinin qonaqlarını bıçaqlayıb

Hadisə Materials 29 May 2012 09:57 (UTC +04:00)
Cəlilabadda qonaq ev sahibinin qonaqlarını bıçaqlayıb.
Cəlilabadda qonaq ev sahibinin qonaqlarını bıçaqlayıb

Azərbaycan, Bakı, 29 may / Trend müxbir K.Zərbalıyeva/

Cəlilabadda qonaq ev sahibinin qonaqlarını bıçaqlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan Fazil İbrahimovun evinə gəlmiş şəhər sakini Mirhəsən Həsənov, orada qonaq olan həmyerliləri Nazim Əsmətov və onun qardaşı Ceyhuna bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Əsmətov orada dünyasını dəyişib, Ceyhunun vəziyyəti isə qənaətbəxşdir.

Həsənov könüllü olaraq təslim olub və hadisə zamanı istifadə etdiyi bıçağı təhvil verib.

Xəbər lenti

Xəbər lenti