Azərbaycan, Bakı, 29 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda zəncirvari yol qəzası olub, 4 nəfər xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda "BMW", "Mercedes", "Mitsubishi" və "Toyota" markalı 4 minik avtomobili zəncirvari toqquşub.
Nəticədə, avtomobillər zədələnib, "BMW" markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar.