Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/
Ağsuda "KAMAZ" su kanalına düşüb, sürücü xəsarət alıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu, Sanqalan kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili kanala düşüb, sürücü yaralı vəziyyətdə nəqliyyat vasitəsində qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verbşlər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.