...

Bakıda avtomobil səkiyə çırpılıb, sürücü ölüb

Hadisə Materials 5 İyun 2012 10:54 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda avtomobil səkiyə çırpılıb, sürücü ölüb

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil səkiyə çırpılıb, sürücü ölüb.

Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 4-dən 5-nə keçən gecə saat 02:50 radələrində Babək prospektində 1970-ci il təvəllüdlü Allahverdiyev Namiq Camal oğlunun idarə etdiyi "VAZ 2109" markalı "10 SP 791" nömrə nişanlı avtomobil beton səkiyə çırpılıb.

Qəza zamanı sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti